Bakı və Naxçıvan Muxtar Respublikası arasında güclü dumana görə təxirə salınan aviareyslər bərpa olunub və təyyarələr bu istiqamət üzrə hərəkət edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanından "Unikal"a verilən məlumata görə, hazırda sözügedən istiqamət üzrə aviareyslər həyata keçirilməkdədir.

***

09:52

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

"Unikal" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.