Keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan Gorus-Qafan avtomobil yolunun 21 km-lik hissəsinin Azərbaycana verilməsi ilə bağlı sənədi imzalayıb.

"Unikal" xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan təsdiq edib. 

Qeyd edək ki, "Hayastan" partiyasının deputatı Qeqam Manukyan bir müddət əvvəl bildirmişdi ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın imzaladığı yazılı memorandum əsasında Azərbaycana verilib.

Nazir müavini jurnalistin "Manukyanın dediklərini təkzib edir, yoxsa təsdiqləyirsiniz" sualına cavab olaraq "Heç kim inkar etmir, cənab Manukyan açıq şəkildə deyir", - deyə əlavə edib. 

Ağarza Elçinoğlu