REAL Partiyasının sədri İlqar Məmmədov bu gün Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə partiya sədri sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, görüş zamanı siyasi dialoqun indiyə qədər verdiyi müsbət nəticələr bir daha qeyd olunub:

“Prosesin bundan sonrakı strategiyasına dair geniş söhbət etdik. Əməkdaşlığımızın gələcəkdəki mümkün formalarına və istiqamətlərinə ilkin baxışlarımızı bölüşdük. Ölkə gündəmində olan bir sıra məsələlərə də toxunduq. O cümlədən, “Media haqqında” qəbul olunmuş yeni qanun, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında, REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələlərinə də toxunduq”.