Muxtar respublika gömrük orqanları 2021-ci il ərzində 31 milyon 404 min manat vəsait toplayaraq büdcə öhdəliyini 107,7 faiz yerinə yetirib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 22,3 faizini təşkil edib.

"Unikal" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə, kinoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə gücləndirilib. 

General qeyd edib ki, gömrük orqanları tərəfindən 2021-ci ildə 113 inzibati, 4 cinayət xarakterli fakt aşkarlanıb, ümumilikdə, 566 kiloqram 530 qram narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.

Anar Kəlbiyev