Cənubi Amerika  ölkəsi  Boliviyada sərnişin avtobusu uçurumdan aşıb. 

"Unikal" xəbər verir ki, hadisə Kami kəndindən Koçabamba şəhərinə gedən yolda baş verib. Qəza nəticəsində 11 nəfər  ölüb, 18 nəfər isə  ağır  bədən xəsarətləri alıb. 

Əraziyə çox sayda xilasedici və  təcili tibbi yardım briqadası sövq edilib.