Əfsanəvi Bryus Li və Çak Norrislə birgə məşq edən və onlarla filmlərdə çəkilən amerikalı aktyor, döyüş ustası Robert Uol vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 82 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi isə açıqlanmayıb.

R.Uoll Bryus Linin baş rolunu oynadığı “Əjdahanın Yolu” və “Əjdahanın çıxışı” kimi filmlərdə çəkilib.

Qeyd edək ki, Bryus Li premyeradan altı gün əvvəl vəfat edib.