Sərhəd naryadları tərəfindən sərhəd pozucu­ları­na qarşı təli­mata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanmış, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilmişdir.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd reji­mini pozduq­larına görə 4545  nəfər,  axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfərgiz­li şəkildə sərhəd nəzarəti mən­təqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılmışdır