Tovuzda minik maşını aşıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Belə ki, hərəkətdə olan "Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov