İspaniya və Fransa sahillərində kiçik qayıqlar qatil balinaların hücumuna məruz qalır.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır. Bildirilir ki, iyulun 21-də qatil balinalar İspaniyanın Biskay körfəzinin sahillərində dənizçilərə hücum ediblər.
Nəşr qeyd edir ki, qatil balinaların aqressiv davranışını qayıqdakı insanların həyati təhlükəsinə səbəb olub. Hücum nəticəsində bir qadın yaralanıb.