Rusiya və Ukrayna nümayəndə heyətləri birbaşa danışıqları davam etdirmək üçün bu gün İstanbulda görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatlarına görə, danışıqlarda əsirlərin gələcək mübadiləsi və ukraynalı mülki şəxslərin geri qaytarılması müzakirə olunacaq.
Ukrayna nümayəndə heyətinə keçmiş müdafiə naziri Rustem Umerov başçılıq edir. Kremlin sözçüsü Dmitri Peskovun verdiyi məlumata görə, Rusiya nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Peskov dünən deyib ki, bu danışıqlardan möcüzə gözləmək lazım deyil.
Ağarza Elçinoğlu