Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Qeyd edilir ki, telefon danışığı 1 saat 40 dəqiqə davam edib. Ölkə başçıları Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
"Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün şənbə günü rusiyalı həmkarı Vladimir Putinlə bir saat 40 dəqiqə danışıb", - Agency France Presse agentliyi bildirib.