Kanada hökuməti Ukraynada olan hərbçilərini müvəqqəti olaraq digər Avropa ölkələrinə dislokasiya etməyə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə Kanadanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, dislokasiyanın səbəbi operativ şəraitinin gərgin olmasıdır. Yerdəyişmə edən hərbçilərin say tərkibi və gedəcəkləri ölkə barədə məlumat verilmir.
Qeyd olunur ki, bunlar “Unifier” missiyası çərçivəsində Ukraynada xidmət aparan təlimatçılardır. “Unifier” missiyası çərçivəsində kanadalı təlimatçılar Ukrayna hərbçilərinə 2015-ci ildən hazırlıq keçirlər.