Krım yarımadasından Ukrayna ərazisinə daxil olan Rusiya hərbçiləri Xerson şəhərinə girib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov cümə axşamı keçirdiyi brifinqdə bildirib.
“Krım istiqamətində reyd dəstələrinin və hava-desant qoşunlarının birgə istifadəsi rus qoşunlarının Xerson şəhərinə çıxışını təmin edib”, - Konaşenkov deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın hərbi infrastrukturunun 83 yerüstü obyektini sıradan çıxarıb.