Rusiyanın Voronej vilayətində "An-26" təyyarəsi qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə təyyarənin hərbi texnikanın daşınması üçün planlaşdırılmış uçuşu zamanı qeydə alınıb. Nəticədə ekipaj həlak olub.
İlkin məlumata görə, qəzaya səbəb avadanlıqların sıradan çıxması olub, yerdə dağıntı yoxdur.
Hadisənin səbəblərini və şəraitini müəyyən etmək üçün qəza yerinə komissiya göndərilib.
Ağarza Elçinoğlu