Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə telefon danışığında Ukraynada xüsusi hərbi əməliyyatı dərhal dayandırmağa çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Yelisey sarayına istinadən xəbər verir.
"Prezident Rusiyanın hərbi hücumunu dərhal dayandırmağa çağırıb", - Makron administrasiyası bildirib. Yelisey sarayının sözçüsü qeyd edib ki, Fransa Prezidenti Ukrayna lideri Volodimir Zelenski ilə əvvəlki söhbətindən sonra Putinə zəng edib. Administrasiyada qeyd edilir ki, Makron Putinin diqqətini Rusiyanın hərəkətlərinə görə sanksiyalara məruz qalmasına yönəldib.
Bundan əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, Rusiya Federasiyası və Fransa prezidentləri Fransa liderinin təşəbbüsü ilə baş tutan telefon danışığında Ukraynada baş verənlərlə bağlı fikir mübadiləsi aparıblar.