Kiyevə raket zərbələri endirilir.
"Unikal" xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malar "Facebook" səhifəsində yazıb.
"...İlk günlər ən çətin günlərdir, çünki indi düşmən ya üstünlüyünü hiss edəcək, ya da fiziki və mənəvi cəhətdən qırılacaq.
Rusiya hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrinin gücünü hiss ediblər.
Ancaq hər kəsin müqavimət göstərməsi vacibdir. Ərazi Müdafiəsi sıralarına qoşulun. Ərazi Qəbul Mərkəzləri (keçmiş hərbi komissarlıqlar) ilə əlaqə saxlayın. İndi bütün prosedurlar sadələşdirilib...
Hər kəsin ruhən güclü olması vacibdir. Bu, bizim torpağımızdır. Biz onu təhvil verməyəcəyik. Bəli, biz bu sınaqdan keçməliyik. Düşməni məhv etmək üçün hər şeyi edirik.
Qələbə bizim olacaq!". - o qeyd edib.
Ağarza Elçinoğlu