"Ölkəni tərk etmək fikrində deyiləm. Kiyevdə qalacam".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
Ukrayna başçısı onu da vurğulayıb ki, Rusiyanın Ukraynaya hücumuna görə danışıqlar apardığını da bildirib:
"Gün ərzində onlarla beynəlxalq danışıqlar apardım, dövlətimizə birbaşa rəhbərlik etdim. Paytaxtda qalıram. Ailəm də Ukraynadadır. Uşaqlarım da Ukraynadadır. Mənim ailəm satqın yox, Ukrayna vətəndaşıdır. Amma indi harada olduqlarını deyə bilmərəm, çünki buna haqqım çatmır".