Türkiyə Hava Yolları Ukrayna, Moldova və Belarusa, eləcə də Rusiyanın Rostov şəhərinə uçuşları təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb.
Bildirilir ki, martın 2-dək Rostov-Dona, fevralın 26-dək Belarusa, martın 4-dək isə Moldovaya uçuşlar (giriş-çıxış) ləğv edilib. Ukraynanın hava məkanı uçuşlar üçün bağlandığından fevralın 25-26-da bu ölkəyə reyslərdə ləğv edilib.