Rusiyanın Ukraynaya hücumlarından sonra ölkədəki mülki insanlar ölkəni və sıx şəhərləri tərk etməyə başlayıb.
"Unikal" xəbər verir ki, buna baxmayaraq Lvov Gömrük İdarəsinin rəisi Daniil Menşikov 18-60 yaş arası kişilərin Ukraynadan çıxmasına icazə verilməyəcəyini açıqlayıb.
Menşikov ölkədə elan edilən hərbi vəziyyət qaydalarını xatırladaraq, “18-60 yaş arası kişilər buraxılmayacaq. Xahiş edirəm panikaya düşməyin və icazəsiz sərhədləri keçməyin”, - deyə bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın Ukraynaya hücumundan sonra bütün Ukrayna vətəndaşlarına silah paylanacağını açıqlayıb.
Gülayə Mecid