İndoneziyanın Sumatra adasında 6,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti ( USGS ) 6,2 bal gücündə zəlzələnin Sumatra adasının şimalında, Qərbi Sumatra bölgəsindəki Bukittinggi şəhərindən 66 kilometr şimal-qərbdə, 12 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.
Zəlzələ nəticəsində azı 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Yeraltı təkanlar qonşu Riau və Şimali Sumatra ştatlarında, Sinqapur və Malayziyada da hiss olunub.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.