Amerikalı aktyor və kinorejissor Şon Penn Ukraynada baş verən bütün hadisələri lentə almaq və Rusiyanın işğalı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün film çəkilişlərinə başladığını bildirib. O, həmçinin Kiyevə səfər zamanı Zelenski ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Şon Penn bu gün Ukraynanın tərəfdarıdır. Ölkəmiz ona bu cür cəsarət və dürüstlüyünə görə minnətdardır”, - bəyanatda deyilir.
Belə ki, aktyor Prezident Administrasiyasına baş çəkib, Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak və Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçukun mətbuat konfransında iştirak edib.
Sənədli filmin çəkilişi zamanı o, Merdzazovu ziyarət edib və Ukrayna hərbçiləri ilə söhbət edib.