Amerika lideri Co Bayden Rusiyanın Ukraynaya girməsi ilə bağlı bəzi açıqlamalar edib.
"Unikal" xəbər verir ki, Baydenin sözlərinə görə, Putin keçmiş Sovet İttifaqını bərpa etməyi qarşısına məqsəd qoyub və bunun üçün hər şeyi edəcək.
"Ukrayna xalqı 30 ildir müstəqil olduqlarını və heç kimin ölkəsini ala bilməyəcəyini bəyan edib. Putin və Kremldəki müttəfiqlərinin yeganə narahatçılığı sülhə hücum etməkdir. Heç vaxt təhlükəsizlik problemi olmayıb, Putinin məqsədi imperiya qurmaqdır. Nə olursa olsun, bunu edəcək və sərhədlərini genişləndirməyə çalışacaq”.