Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) sosial şəbəkələrdə yalan məlumatlar yerlaşdirən 100 nəfər müəyyən edilərək onlardan 60-ı cərimələnib, məhkəmələr tərəfindən 40 nəfər isə inzibati qaydada həbs edilib.
"Uniakl" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Bildirilib ki, pandemiyanın başladığı dövrdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real tahlükə yaratma faktlarına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə 1 308 cinayət işinin başlanılması təmin edilib.