Mingəçevir stansiyasından 25 kilometr cənub-qərbdə, Goranboy rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"-a bildirilib ki, yerli vaxtla saat 22:24-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ hiss olunmayıb.