Ümumdünya Karate Federasiyası (WKF) Rusiya və Belarus təmsilçilərinin öz bayrağı altında keçirilən beynəlxalq yarışlarda iştirakına qadağa qoyub.
"Unikal" WKF-nin rəsmi saytına istinadən xəbər verir ki, bu addım Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar atılıb.
Qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) tövsiyyəsi əsasında qəbul edilib və növbəti xəbərdarlığadək qüvvədə olacaq.
Qeyd edək ki, daha əvvəl 2023-cü ildə keçirilməli olan Avropa çempionatının ev sahibliyi Rusiyadan alınıb.