Sumqayıtda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.
"Unikal" xəbər verir ki, hadisə şəhərin "Xəzər bağları" yaşayış massivində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Şamilova Səbinə Xanlar qızı hamamda dəm qazından boğulub.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.