Bakıda intihara cəhd olub.
"Unikal" xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda baş verib. 2004-cü il təvəllüdlü qız özünü dənizə atıb. O, yaxınlıqdakı şəxslərin köməyi ilə dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, intihara cəhd edən şəxs mərkəzə gətirilib. İlkin tibbi yardım göstəriləndən sonra vəziyyəti stabil olduğundan evə buraxılıb.