Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Qapanlı kəndində ümumi sahəsi 169 m² olan birmərtəbəli evin mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.