Moskvada Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş başlayıb.

"Unikal" BelTA-ya istinadən xəbər verir ki, gündəliyə qarşılıqlı əməkdaşlıq, sanksiyalara qarşı birgə mübarizə, Ukrayna ətrafındakı durum daxildir.

***

10:49

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya səfər edib.

"Unikal" xəbər verir  ki, onun bu gün Rusiya Prezidenti Putinlə görüşəcəyi gözlənilir.

Liderlərin müzakirəsinin əsas mövzusu Ukrayna hadisələri, ikitərəfli əlaqələr və iqtisadi vəziyyətdir.