“8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı nazirlik üzrə 05.11.2021-ci il tarixli əmrlə həmin Qərarın tətbiqi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb".
"Unikal" xəbər verir ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, ötən müddətdə 15 belə şikayət daxil olub, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilib (cəmi 19 məhkum barəsində):
"Onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilib, biri prokurorluğun “Qaynar xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən məzurə edilib. Şikayətlərdən 2-si probasiya, digərləri isə Penitensiar xidmətlə əlaqədar olub. Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilib, onlardan 6-sı məlum Amnistiya Aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində, 4-si zərərçəkmiş şəxslərin şikayətləri, 2-si dini baxışlarına görə nəzarətdə olan məhkum barəsində, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olmuş, 2-i üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülüb (məhkumlar barəsində mərhələləli şəkildə tədbirlərin görülməsi və həmin şəxslərin Amnisitiya Aktının tətbiqindən sonra cəzası azalsa da, 1 ildən çox həbsdə qalacağı nəzərə alınıb).
Şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular (məhkumun məcburi müalicəsi ilə bağlı səhiyyə qurumuna davamlı müraciət edilməməsi və amnistiyanın tətbiqi ilə bağlı şikayətdən sonra müraciət olunması) Ağsu rayon icra və probasiya şöbəsinin probasiya üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin diqqətinə çatdırılıb".