Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələri 5 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilir ki, Rusiya bölmələri tam döyüş əməliyyatları aparmaq iqtidarında deyil. Ali hərbi-siyasi rəhbərliyin atdığı zabitlər arasında panika var: 

“Nəticədə bizim Çerniqov vilayətindəki yaşayış məntəqələrimizin üzərində Ukraynanın dövlət bayraqları və iki zirehli transportyorumuz var ki, bu da indi Ukrayna xalqının rifahına xidmət edəcək”, - deyə  məlumatda qeyd olunub.  

Gülayə Mecid