Artıq 2,5 milyon qaçqın Ukraynanı tərk edib.
"Unikal" xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi "Twitter"də bildirib.
"Ukraynadan olan qaçqınların sayı bu gün 2,5 milyona çatıb. Biz həmçinin təxmin edirik ki, təxminən 2 milyon insan Ukrayna daxilində didərgin düşüb", - Qrandi qeyd edib.
Ağarza Elçinoğlu