Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş əldə edildiyini deyib.

"Unikal" xəbər verir ki, bu barədə Putin Lukaşenko ilə görüşündə bildirib:

“Mən sizə Ukrayna istiqamətində vəziyyət və ilk növbədə, indi demək olar ki, hər gün aparılan danışıqların necə getdiyi barədə mütləq məlumat verəcəyəm. Müəyyən müsbət irəliləyişlər var, bizim tərəfimizdən danışıqlar aparan tərəflər mənə məlumat verdi. Bütün bunlar barədə sizə daha ətraflı məlumat verəcəyəm”, - Putin qeyd edib.