Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar arasında telefon söhbəti olub. Söhbət zamanı Ukrayna və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Danışıqlar zamanı Ukrayna və Yaxın Şərq regionunda mövcud vəziyyət müzakirə edilib. Müdafiə idarələrinin rəhbərləri Türkiyə vətəndaşlarının humanitar dəhlizlər vasitəsilə Ukrayna şəhərlərindən təxliyyəsi ilə bağlı məsələlərə xüsusi diqqət yetiriblər”, - deyə nazirlikdən bildirilib.