Cəlilabadda ağır yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, Sərhədabad kəndi ərazisində "Mitsubishi" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölən şəxslər "VAZ-2107" minik avtomobilində olanlardır. Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Sakeh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində vəfat edib. 

Qəza nəticəsində "Mitsubishi" markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xərarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. 

Faktla bağlı araşdırma aparılır.