Ukraynalı qaçqınların axını son onilliklərdə Avropa üçün ən böyük problemdir.
"Unikal" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Ölkəmiz Ukraynadan qaçan qadın və kişilərin böyük axını ilə üzləşəcək və artıq üzləşir. Biz bilirik ki, Avropamız üçün bu, son onilliklərin ən böyük problemlərindən biridir", - Makron seçki proqramını təqdim edərkən deyib.
Prezidentliyə namizəd daha sürətli deportasiya prosedurları da daxil olmaqla, immiqrasiyaya nəzarət planı təklif edib.