Bolqarıstanın keçmiş Baş naziri və GERB Partiyasının sədri Boyko Borisov polis əməliyyatı zamanı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Radionun məlumatına görə, Avropa prokurorluğu Bolqarıstan üçün ayrılmış vəsaitlərin mənimsənilməsi ilə bağlı 120 faktı araşdırır.
Bununla yanaşı, əməliyyat zamanı keçmiş maliyyə naziri, büdcə komissiyasının sədri və partiya üzvləri də saxlanılıb.