Latviya, Estoniya və Bolqarıstan Rusiya diplomatlarını və səfirlik işçilərini ölkədən çıxarmaq qərarına gəlib.
"Unikal" Latviya, Estoniya və Bolqarıstan Xarici İşlər nazirliklərinin mətbuat xidmətlərinə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hərbi təcavüzü olub.
Nazirliklərdən verilən açıqlamalarda Rusiya diplomatlarının Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlər həyata keçirdikləri göstərilir.
Bolqarıstan Baş nazir Kirill Petkovla razılaşaraq 10 rus diplomatının persona non-qrata elan edilməsinə qərar verildiyini açıqlayıb. Onlara ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.
Litvada Rusiya səfirliklərinin bütün əməkdaşlarını ölkədən qovmaq qərarına gəliblər.
Öz növbəsində Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq Rusiya səfirliyinin diplomatik statuslu 3 əməkdaşının persona non-qrata elan edildiyini bildirən diplomatik nota verib. Onlar Rusiyanın hərbi hərəkətlərinə haqq qazandıran təbliğat aparmaqda ittiham olunublar. Diplomatlara Estoniyanı tərk etmək üçün üç gün vaxt verilib.
xxx
14:56
10 rus diplomatı Bolqarıstanda persona non-qrata elan edilib.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Bolqarıstandakı səfirliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynada daxil olmasından sonra xeyli sayda ölkə rus diplomatlarını arzuolunmaz şəxs elan edib.
Ağarza Elçinoğlu