ABŞ Prezidenti Co Bayden gələn həftə Brüsselə sədər edəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
ABŞ lideri Ukrayna ətrafında vəziyyətlə bağlı Brüsseldə keçiriləcək Yeddilik Qrupunun (G7) sammitində iştirak edəcək.
Psaki xatırladıb ki, Amerika lideri NATO-nun fövqəladə sammitində və Aİ sammitində də iştirak edəcək.
Psaki bunun Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatına cavab olduğunu bildirərib.
“Prezident Co Bayden eyni gündə tərəfdaşlarımızla Rusiya üçün yaratdığımız nəticələri müzakirə etmək üçün Almaniya tərəfindən çağırılan G7 iclasında iştirak edəcək” ,- deyə Psaki əlavə edib.