İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 13,8 milyonu ötüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 74 min 24 nəfər artaraq, ümumilikdə 13 milyon 800 min 179-a çatıb. COVID-19-un qurbanlarının sayı isə 85 nəfər artaraq 157 min 692-yə yüksəlib.
Hazırda ölkədə 1 milyon 147 min 519 aktiv koronavirus xəstəsi var. Reanimasiya şöbəsində olan xəstələrin sayı 471 nəfərdir. Pandemiya dövründə İtaliyada 12 milyon 494 min 968 nəfər virusdan sağalıb.