Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə təcili səfər etməyi düşünür.
"Unikal" xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilib ki, bu yolla Britaniyanın baş naziri Rusiya ilə müharibədə Ukraynaya dəstək nümayiş etdirmək niyyətindədir.