Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 791 654 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9675 nəfər vəfat edib, aktiv xəstə sayı 451 nəfərdir.

Ölkədə son sutka ərzində 2499, hazırkı dövrədək isə 6 679 287 test aparılıb.