Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 477 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza vaksin vurduranların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 356 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 442, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 763, üç və daha çox doza vaksin vurduranların sayı 3 026 385, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 381 təşkil edir.