Avropada "Omikron" ştamına qarşı vaksin payızda hazır olacaq.
"Unikal" xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Loterbax Brüsseldə səhiyyə nazirlərinin iclasında bildirib.
Nazir əlavə edib ki, yeni vaksinin hazırlanması gecikir: “Məndə olan məlumata görə, koronavirusun yeni variantlarına qarşı vaksinlər payızdan tez hazır olmayacaq” – deyə nazir bildirib.
Qeyd edək ki, fevral ayında “Biontech” və “Modena” şirkətləri may ayında yeni vaksinin sınaqlarına başlayacağını bildirmişdi. İndi isə hər 2 şirkət sınağa yayda başlayacağını iddia edir.