Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfər edib.
"Unikal"ın "İnterfax"a istinadən verdiyi xəbərə görə, Rusiya XİN başçısı "Əfqanıstanın qonşularının nazirlər konfransı"nda iştirak edəcək.
"Sergey Lavrov sabah Əfqanıstanın qonşu ölkələri formatında xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Çinin Tunsi şəhərinə gəlib. Bu gün xarici həmkarları ilə ikitərəfli görüşlərə həsr olunacaq", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl Zaxarova qeyd edib ki, xarici işlər nazirlərinin görüşündə Əfqanıstana humanitar yardımın göstərilməsi, həmçinin terrorizmin yayılması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Ağarza Elçinoğlu