Türkiyədə dizel yanacağının qiyməti ucuzlaşıb.
"Unikal" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunun səbəbi dünya bazarında neftin qiymətinin 121 dollardan 110 dollara qədər azalmasıdır.
Nəticədə Türkiyədə dizel yanacağı 1,55 türk lirəsi (18 qəpik) məbləğində ucuzlaşıb. Belə ki, yeni qiymətlərə əsasən, İstanbulda dizel yanacağının 1 litri 22,09 TL (2 manat 56 qəpik), Ankara və İzmirdə isə 22,17 TL-dən (2 manat 57 qəpik) satılır.
Qeyd edək ki, Türkiyədə yanacaq qiymətləri şəhərlərin və rayonların yerləşməsindən asılı olaraq dəyişir.
Seymur Əli