Rusiya öz silahlı qüvvələrini cəlb etmək üçün Gürcüstanın işğal olunmuş ərazilərindəki bazalarından Ukraynaya qoşun yeridib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiya Federasiyasının silahlı qüvvələrini Gürcüstanın işğal olunmuş ərazilərindən cəlb etmək üçün Cənub Hərbi Dairəsinə daxil olan 4-cü (Cənubi Osetiya, Tsxinvali rayonu) və 7-ci (Abxaziya) hərbi bazalarının bölmələri Ukraynaya yeridilib" , - məlumatda deyilir.
Baş Qərargahdan verilən məlumata görə, 4-cü Hərbi Bazadan ümumi sayı 1200-ə qədər Rusiya və Osetin hərbçisindən ibarət üç batalyon taktiki qrupu (BTQ) yaradılaraq Ukraynaya göndərilib. 7-ci Hərbi Bazanın iki bölməsi yaradıldı ki, bu da təxminən 800 nəfərdir.
Gülayə Mecid