Rusiyada son sutka ərzində daha 20 145 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal"ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 823 648 nəfərə çatıb.

Son sutka ərzində 352 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 368 377 nəfərə çatıb.