Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin böyük qızına məxsus malikanə Londonda satışa çıxarılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ev 11 milyon 800 min dollara satılır.
Bildirilir ki, Dariqa Nazarbayevaya məxsus malikanə bahalı əşyalar və qızılla bəzədilmiş mebellərdən təşkil olunub.
Əmlak sahibinin eks-prezidentin böyük qızına aid olması 2020-ci ildə məlum olub.
Mülk sahibləri Dariqa Nazarbayeva və oğlu Nurəli Əliyev məhkəmədə bildiriblər ki, evi öz halal qazancları ilə alıblar.
Ağarza Elçinoğlu