Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya elitasının sığınacağına çevrilən Dubayda (BƏƏ) Putinin "köməkçisi" Çeçenistan lideri Ramzan Kadırovun dəbdəbəli villası da aşkarlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kadırov 2021-2022-ci illərdə ictimai onlayn radarlara görə 14 dəfə Birləşmiş Ərəb Əmirliklərinə şəxsi təyyarəsi ilə səfər edib.
Çeçen liderinin dəbdəbəli “Airbus A319” təyyarəsinin qiyməti təxminən 80 milyon dollar dəyərindədir. Təyyarənin daxili dizaynını dünyanın ən bahalı şirkətlərindən biri - "British Winch Design" hazırlayıb. Nədənsə idarə heyəti Çeçenistanda yox, Bermud adalarında offşorda qeydiyyatdan keçib.
Bundan əlavə Dubay Jumeirahın məşhur sahilində yerləşən beşulduzlu otelin yaxınlığında Ramzan Kadırovun villalarından biri yerləşir. 2017-ci ildə "Qroznı" telekanalı Kadırovun Dubayda ən böyük yerli tikinti şirkətlərindən birinin rəhbəri ilə görüşü barədə məlumat yayıb. Görüş gecə saatlarında Kadırovun villasında baş tutub.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra araşdırmaçı jurnalistlər otelə baş çəkib və Kadırovun villasının fotolarını çəkə biliblər.
Villada Kadırovun 3-4 çeçen mühafizəçisi yaşayır. Kadırov və onun ailə üzvləri cəmi 15 dəfə villada olublar.
Bildirilir ki, Kadırovun villasına isə onun rəsmi müşaviri və Çeçenistan liderinin ərəb və müsəlman ölkələrindəki nümayəndəsi Turko Daudov baxır.
Gülayə Mecid